...

4 kəndə təbii qaz verilib (FOTO)

Energetika Materials 7 Dekabr 2016 17:46 (UTC +04:00)
Sabirabad, Saatlı və Zərdab rayonlarının 4 kəndinə təbii qaz verilib.
4 kəndə təbii qaz verilib (FOTO)

Bakı. Trend:

Bu gün Sabirabadın Narlıq, Saatlının Çolpı, Zərdabın Otmanoba və Əlvənd kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

“Azəriqaz”İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hazırda Sabirabad rayonunun 3 kəndində (Yolçubəyli, Zəngənə, və Qasımbəyli), Saatlı rayonunun 6 kəndində (Şirinbəyli, Sarıcalar, Qaranuru, Qazanbatar, Məmmədabad və Əliabad), Zərdab rayonunun 2 kəndində (Aşağı Seyidlər və Şahhüseynli) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən cari ilin yanvar-noyabr ayları ərzində 7776,5 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 246,9 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 195 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti