Bakı. Trend:
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun guya istintaqa cəlb olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
SOCAR-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu məlumat tamamilə əsassızdır:
“Rəsmi şəkildə bildiririk ki, bu məlumat tamamilə əsassızdır. SOCAR-ın heç bir vitse-prezidenti heç bir cinayət işi üzrə istintaqa cəlb edilməyib”.
Qeyd olunur ki, həqiqətə uyğun olmayan məlumat yayanlar “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq məsuliyyət daşıyırlar.