Bakı. Trend:
Biləsuvar ərazisində məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbənin qazlaşdırılması artıq başa çatmaq üzrədir.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 4456 abonenti olan 11 qəsəbə ilk dəfə olaraq qazlaşdırılacaq.
Hər bir mənzil sayğac və fərdi tənzimləyici ilə təmin ediləcək.