...

Konsorsium rəhbəri: TANAP alternativ deyil, tamamlayıcı layihədir

Energetika Materials 13 Mart 2017 14:51 (UTC +04:00)
Transanadolu boru kəməri (TANAP) hər hansı bir layihənin alternativi deyil, əksinə, tamamlayıcı bir layihədir.
Konsorsium rəhbəri: TANAP alternativ deyil, tamamlayıcı layihədir

Bakı. Ləman Zeynalova - Trend:

Transanadolu boru kəməri (TANAP) hər hansı bir layihənin alternativi deyil, əksinə, tamamlayıcı bir layihədir.

Trend-in məlumatına görə, bunu TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol deyib.

Onun sözlərinə görə, bu layihə çərçivəsində işlərin 65 faizi artıq başa çatıb.

Konsorsium rəhbəri vurğulayıb ki, TANAP layihəsinin “Türk axını” tərəfindən rəqabətə məruz qalması istisna olunur.

“Türk axını” ilə TANAP layihələrinin bir-birinə təsir etməsi imkanlarını şərh edən S.Düzyol qeyd edib ki, TANAP barədə bütün sazişlər artıq imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti