...

İtaliyanın Dövlət Şurası icazə verdi: TAP tikiləcək

Energetika Materials 28 Mart 2017 05:28 (UTC +04:00)
İtaliyanın Dövlət Şurası “Trans-Adriatik” (TAP) qaz kəmərinin tikintisinə icazə verib
İtaliyanın Dövlət Şurası icazə verdi: TAP tikiləcək

Bakı. Trend:

İtaliyanın Dövlət Şurası “Trans-Adriatik” (TAP) qaz kəmərinin tikintisinə icazə verib. Bu barədə Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, İtaliyanın Dövlət Şurası ətraf mühitin mühafizəsi məsələləri üzrə xüsusi komissiyanın verdiyi rəyi araşdırıb və qaz kəmərinin tikintisinə icazə verib.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur, hazırda layihə üzrə işlərin 55 faizi yerinə yetirilib. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

Dəyəri 4,5 milyard avro olan TAP boru kəməri isə Türkiyə-Yunanıstan sərhədində TANAPA-a birləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti