...

Ekspert: "Cənub Qaz Dəhlizi" İsrail qazının ixracı üçün ən səmərəli variantdır

Energetika Materials 30 Avqust 2017 12:31 (UTC +04:00)
“Cənub Qaz Dəhlizi” İsrail qazının ixrac olunması üçün ən səmərəli variantdır.
Ekspert: "Cənub Qaz Dəhlizi" İsrail qazının ixracı üçün ən səmərəli variantdır

Bakı. Ləman Zeynalova - Trend:

"Cənub Qaz Dəhlizi" İsrail qazının ixrac olunması üçün ən səmərəli variantdır.

Bunu Trend-ə "Mediterranean Energy Political Risk Consultancy"nin siyasi risklər və enerji məsələləri üzrə məsləhətçisi Siril Viddershoven deyib.

O bildirib ki, İsrail qazının Türkiyəyə ixracı həm Türkiyə bazarına giriş əldə etməyə, həm də bu qazı Avropaya nəql etməyə imkan verəcək.

Qeyd edək ki, bir müddət əvvəl İsrailin milli infrastruktur, enerji və su təchizatı naziri Yuval Ştaynits Türkiyə ilə İsrailin bu ilin sonunadək Aİ-yə qaz tədarükü üçün qaz kəmərinin tikintisi barədə sazişi imzalayacağını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti