...

Bu il 56 yeni quyu təhvil verilib

Energetika Materials 3 Oktyabr 2017 16:41 (UTC +04:00)
2017-ci ilin sentyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9979 metr qazma işi həyata keçirilib.
Bu il 56 yeni quyu təhvil verilib

Bakı. Trend:

2017-ci ilin sentyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9979 metr qazma işi həyata keçirilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin 9042 metri istismara, 937 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2017-ci ilin yanvar-sentyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 103625 metr qazma işi görülüb ki, bunun da 96250 metri istismara, 7375 metri isə kəşfiyyata aid olub.

2017-ci ilin sentyabr ayında qazmadan alınmış 4, il ərzində isə 56 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti