...

Bu il 124 çoxmərtəbəli binaya təbii qaz verilib

Energetika Materials 2 Mart 2018 13:15 (UTC +04:00)
Həmin binalarda ümumilikdə 5 min 769 ailə yaşayır.
Bu il 124 çoxmərtəbəli binaya təbii qaz verilib

Bakı. Trend:

“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Trend-in məlumatına görə, birlik 2018-ci ilin yanvar-fevral ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 124 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin etmişdir. Qeyd edək ki, həmin binalarda ümumilikdə 5769 ailə yaşayır.

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti