...

"Elektrik enerjisindən istifadə Qaydaları"nda dəyişikliklər edilib

Energetika Materials 30 Mart 2018 08:40 (UTC +04:00)
Nazirlər Kabineti "Elektrik enerjisindən istifadə Qaydaları"nda bir sıra dəyişikliklər edib.
"Elektrik enerjisindən istifadə Qaydaları"nda dəyişikliklər edilib

Bakı. Trend:

Nazirlər Kabineti "Elektrik enerjisindən istifadə Qaydaları"nda bir sıra dəyişikliklər edib.

Trend-in məlumatına görə, “Azərbaycan Respublikasının Energetika Nazirliyinin “Dövlət Enerjinəzarət” İdarəsinin (bundan sonra - “Dövlət Enerjinəzarət” İdarəsi)” sözləri “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (bundan sonra - Enerji Məsələlərini Tənzimləmə Agentliyi)” sözləri ilə əvəz edilir.

Həmçinin “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 18-ci hissəsində, 2 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 17-ci hissəsində, 3 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 17-ci hissəsində “Dövlət Enerjinəzarət” İdarəsinin” sözləri “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin” sözləri ilə əvəz edilir.

Qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti