...

Ekspert: “Cənub Qaz Dəhlizi”nin açılışı doğru zamanda baş tutdu

Energetika Materials 29 May 2018 16:24 (UTC +04:00)
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi”nin (CQD) açılışı doğru zamanda baş tutdu
Ekspert: “Cənub Qaz Dəhlizi”nin açılışı doğru zamanda baş tutdu

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi”nin (CQD) açılışı doğru zamanda baş tutdu.

Bunu Trend-ə “Mediterranean Energy Political Risk Consultancy”nin siyasi risklər və energetika məsələləri üzrə məsləhətçisi Siril Viddershoven deyib.

Ekspert bildirib: “CQD Avropaya qaz tədarükü üzrə vacib layihələrdən biridir, çünki İrandan və digər mümkün mənbələrdən qaz nəqli yaxın gələcəkdə az olacaq. CQD ilə nəql olunan qaz Misirdən mayeləşdirilmiş təbii qaz Avropa bazarlarına çatanadək bazarda öz yerini tutacaq”.

S.Viddershoven qeyd edib ki, “Cənub Qaz Dəhlizi” prinsip etibarilə Avropanın enerji təhlükəsizliyini gücləndirəcək:

“Hətta Avropa ölkələrində bərpa olunan enerji mənbələrindən istifadə tendensiyası artmaqda olsa belə, qaz yaxın onilliklərdə əsas enerji mənbəyi olaraq qalacaq. Məsələn, hesabatlar göstərir ki, Niderlandda “Qroningen” yatağında qaz hasilatı tam dayandırılsa, ölkədə azı 2030-cu ilədək qaza yüksək tələbat olacaq”.

S.Viddershoven əlavə edib ki, Azərbaycan Avropa üçün daha optimal və etibarlı qaz mənbəyi hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti