...

Cəbhəyanı Tatlı kəndində enerji sistemi yenidən qurulur (FOTO)

Energetika Materials 7 Sentyabr 2018 14:23 (UTC +04:00)
“Qərb” RETSİ-nə daxil olan Ağstafa EŞ-də cari ildə elektrik enerjisinin ötürülməsində keyfiyyət dəyişkliyinə nail olunub.
Cəbhəyanı Tatlı kəndində enerji sistemi yenidən qurulur (FOTO)

Bakı. Trend:

“Qərb” RETSİ-nə daxil olan Ağstafa EŞ-də cari ildə elektrik enerjisinin ötürülməsində keyfiyyət dəyişkliyinə nail olunub.

“Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, istehlakçıların dayanıqlı elektrik enerjisi ilə təminatı üçün 35/6 kV-luq Poylu kəndində “Nasos yarımstansiyası” tamamilə yenidən qurularaq son texnologiyalı avadanlıqlarla təchiz edilib.

Ötən üç il ərzində Ağstafa elektrik şəbəkəsinin xidməti ərazisində 36 ədəd müxtəlif gücdə KTM-lər istifadəyə verilib.

Sərhədyanı Tatlı kəndində elektrik enerjisinin paylanmasında keyfiyyətin artırılması üçün 10 və 0,4 kV-luq şəbəkələr tamamilə yenidən qurulur. Kənddə 7 ədəd müxtəlif güclü müasir tipli KTM-lər quraşdırılıb. 50 ədəd yeni 10 kV dayaqlar basdırılıb, 440 ədəd 0,4 kV SİP dayaq quraşdırılıb. 7 km uzunluğunda ÖİN(SİP) çəkilib. Hazırda kənddə tamamlama işləri aparılır.

Bu ilin 8 ayı ərzində Ağstafa rayonunda 863 abonentə sayğac quraşdırılıb. Onlardan 629 ədədi əhali, 234 ədədi isə qeyri-əhali abonentidir.

Hazırda Ağstafa rayonunda 0,4 kV-luq elektrik şəbəkələrinin ÖİN kabellərlə əvəzlənməsi işləri davam etdirilir, yeni avadanlıqlar (dayaqlar, SİP kabellər, KTM-lər və s.) quraşdırılır, sayğaclar dəyişdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti