...

İran sanksiya dövründə alternativ və bərpa olunan enerji istehsalının inkişafını nəzərdən keçirir

Energetika Materials 23 Oktyabr 2018 13:47 (UTC +04:00)
İran alternativ və bərpa olunan enerji istehsalında investorlar üçün imkanlar yaradıb.
İran sanksiya dövründə alternativ və bərpa olunan enerji istehsalının inkişafını nəzərdən keçirir

Bakı. Elnur Bağışov - Trend:

Alternativ və bərpa olunan enerji istehsalı ilə bağlı investorlar üçün imkan yaradılıb. Onlar müqavilələr imzalamaqla qonşu ölkələrə elektrik enerjisi ixrac edə bilərlər.

Trend-in məlumatına görə, bunu İranın energetika naziri Rza Ərdəkanian bu gün İranın Alternativ və Bərpa Oluna Bilən Enerji Beynəlxalq Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

İranlı nazir bütün qonşu ölkələrə elektrik enerjisi ixracının mümkünlüyünü qeyd edib:

"Özəl sektorun bu sahəyə daxil olması ölkənin böyük ərazilərində əlavə iş yerlərinin yaranmasına kömək edəcək".

2 günlük konfransda sanksiya dövründə İranda alternativ və bərpa oluna bilən enerji istehsalının inkişafı zəruriliyi, ixrac imkanları müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti