...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 7 Dekabr 2018 23:34 (UTC +04:00)

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 6-da 60,24 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 3,82 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 6-da 58,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,83 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 6-da 55,08 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 3,72 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 6-da 57,35 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3,91 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti