Bakı. Trend:
Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Fatih Qırmızı dənizdə nəhəng qaz yataqlarının aşkar olunduğunu elan edib.
Bu barədə Trend "Əl-Ərəbiyə" telekanalına istinadən xəbər verir.
Nazir digər təfərrüatları açıqlamayıb. O yalnız qeyd edib ki, "Saudi Aramco" şirkəti ABŞ-da bir sıra MTQ layihələri və Cənubi Afrikada neft-kimya sahəsi üzrə investisiyaları nəzərdən keçirir.