...

Nazir: Azərbaycan OPEC-in neft bazarında balansın saxlanması üzrə səylərini bundan sonra da dəstəkləməyə hazırdır

Energetika Materials 18 Mart 2019 11:13 (UTC +04:00)
Azərbaycan OPEC-in neft bazarında balansın saxlanması üzrə səylərini bundan sonra da dəstəkləməyə hazırdır.
Nazir: Azərbaycan OPEC-in neft bazarında balansın saxlanması üzrə səylərini bundan sonra da dəstəkləməyə hazırdır

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan OPEC-in neft bazarında balansın saxlanması üzrə səylərini bundan sonra da dəstəkləməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının açılışında deyib.

Nazir qeyd edib ki, bu tədbir Azərbaycanın neft sənayesində tarixi rolunu göstərir: "Azərbaycan böyük həcmdə neft ixrac etmir, lakin dünyada enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Ümid edirəm ki, OPEC+ xartiyasının hazırlanması tezliklə başa çatacaq".

P.Şahbazov bildirib ki, ölkələrin əməkdaşlığı neft bazarında risklərin aradan qaldırılması üçün mühüm əhəmiyyət kəsb edir: "OPEC+ neft bazarına əsas dəstəyi təmin edir. Hazırda bu razılaşmanın müsbət nəticələrini görürük".

Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası öz işinə başlayıb. Toplantıda 14 neft istehsalçısı ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunur.

İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilir, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti