...

"RussNeft" Azərbaycanda hasilat barədə PROQNOZLARINI açıqladı (ÖZƏL)

Energetika Materials 24 İyul 2019 13:58 (UTC +04:00)
"RussNeft" şirkətinin 2019-cu ildə Azərbaycanda neft hasilatı 500 min ton gözlənilir.
"RussNeft" Azərbaycanda hasilat barədə PROQNOZLARINI açıqladı (ÖZƏL)

Bakı. Sara İsrafilbəyova - Trend:

"RussNeft" şirkətinin 2019-cu ildə Azərbaycanda neft hasilatı 500 min ton gözlənilir.

Bu barədə özəl olaraq Trend-ə şirkətdən bildiriblər.

Qeyd edilib ki, ötən il də şirkətin Azərbaycanda neft hasilatı ilə bağlı göstəriciləri təxminən eyni olub.

Şirkətdən həmçinin onu da bildiriblər ki, şirkətin Azərbaycanda başqa yeni layihələrdə iştiraka marağı var.

Qeyd edək ki, "RussNeft" şirkəti 2002-ci ildə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti