...

AÇG və Şahdəniz üzrə gəlirlər açıqlanıb

Energetika Materials 8 Avqust 2019 12:49 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu il avqustun 1-ə qədər AÇG və Şahdəniz üzrə gəlirləri açıqlayıb.
AÇG və Şahdəniz üzrə gəlirlər açıqlanıb

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu il avqustun 1-ə qədər "Azəri-Çıraq-Günəşli" (AÇQ) yatağı və Şahdəniz üzrə gəlirləri açıqlayıb.

Fonddan Trend-ə verilən məlumata görə, 2001-ci ildən bu il iyulun sonuna qədər AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 143 366 milyon dollar olub.

Bu ilin ilk 7 ayı AÇG yatağından 5 160 milyon dollar gəlir əldə edilib.

O cümlədən, bu ilin yanvarın 1-dən avqustun 1-ə qədər Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 209 milyon dollar təşkil edib.

Şahdəniz yatağı üzrə 2007-ci ildən bu ilin avqustuna qədər qazın satışından əldə olunan ümumi gəlirlər 2 703 milyon dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti