...

Azərbaycan nefti ucuzlaşır

Energetika Materials 3 Oktyabr 2019 23:53 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 2-də 60,38 dollar/barel təşkil edib
Azərbaycan nefti ucuzlaşır

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 2-də 60,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,93 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,12 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,06 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 58,05 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,41 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti