...

AYİB bərpa olunan enerji mənbələri sahəsində layihələrin həyata keçirilməsi üzrə hərracı dəstəkləyəcək

Energetika Materials 1 Sentyabr 2020 11:13 (UTC +04:00)
AYİB bərpa olunan enerji mənbələri sahəsində layihələrin həyata keçirilməsi üzrə hərracı dəstəkləyəcək

Bakı. Nərgiz İsmaylova - Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bərpa olunan enerji mənbələri sahəsində təxminən 1000 Meqavat əlavə gücün satışı üzrə hərraca dəstək layihəsi çərçivəsində hərrac qaydaları və digər sənədləri hazırlayır.

Bunu Trend-ə Energetika nazirinin müşaviri Zəminə Əliyeva deyib.

Onun sözlərinə görə, Avropa Yenidənqurma və İnkişaf Bankı təxminən 1000 meqavat əlavə gücün satışı üzrə ilk hərraca dəstək olacaq.

"Eyni zamanda, gələcəkdə layihələri şəbəkəyə inteqrasiya edərkən heç bir problemin olmaması üçün elektrik şəbəkəsinə qoşulacaq əlavə gücün optimal həddinin müəyyənləşdirilməsi üzrə işlər aparılır".

Daha əvvəl Azərbaycan Energetika nazirinin müavini Elnur Soltanov bərpa olunan enerji mənbələrinin inkişafı üçün ümumilikdə səkkiz perspektivli istiqamət seçildiyini qeyd edib. Bunlardan 3-ü çərçivəsində "ACWA Power" və "Masdar" tərəfindən külək və günəş elektrik stansiyaları inşa ediləcək. Qalan beşi üzrə yeni elektrik stansiyalarının tikintisi üçün hərraclar 2020-ci ildə baş tuta bilər.

Xatırladaq ki, bu il yanvarın 9-da Energetika Nazirliyi ilə "ACWA Power" və "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi üçün icra müqavilələrinin imzalanması mərasimi baş tutub. Müqavilələri Energetika naziri Pərviz Şahbazov, "ACWA Power" İdarə Heyətinin sədri Məhəmməd Abunayan və "Masdar" şirkətinin icraçı direktoru Məhəmməd Kamil Əl Ramahi imzalayıblar.

Twitter:@IsmailovaNargis

Məqalədə:
Xəbər lenti

Xəbər lenti