...

Nişantaşı Universitetinin rektoru Gəncədən seçilən deputatlarla görüşüb (FOTO/VİDEO)

Energetika Materials 17 Noyabr 2020 12:42 (UTC +04:00)
Nişantaşı Universitetinin rektoru Gəncədən seçilən deputatlarla görüşüb (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyənin İstanbul Nişantaşı Universitetinin rektoru Şenay Yalçının rəhbərlik etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib.

Trend-in məlumatına görə, qonaqlar Milli Məclisin deputatı Naqif Həmzəyevlə də görüşüb. Toplantıda digər gəncəli millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov da iştirak edib. Söhbət zamanı professor Şenay Yalçın erməni silahlı birləşmələrinin Gəncədə mülk əhaliyə qarşı törətdiyi insanlığa sığmayan vandalizm aktını qınaqdılarını dilə gətirib. Rektor erməni təxribatından zərər çəkmiş bir neçə şəxsin özünə və ya yaxınlarına rəhbəri olduğu universitetdə ödənişsiz təhsil haqqının veriləcəyini də açıqlayıb.

Sonda millət vəkili Naqif Həmzəyev tərəfindən professor Şenay Yalçına xatirə hədiyyəsi təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti