...

Azərbaycanla Türkiyə arasında yeni qaz kəməri ilə bağlı sənəd imzalanacaq

Energetika Materials 15 Dekabr 2020 09:43 (UTC +04:00)
Azərbaycanla Türkiyə arasında yeni qaz kəməri ilə bağlı sənəd imzalanacaq

Bakı. Trend:

Azərbaycan və Türkiyə İğdır-Naxçıvan qaz kəməri ilə bağlı anlaşma memorandumu imzalayacaqlar.

Azərbaycanla Türkiyə arasında yeni memorandum imzalanacaq.

Trend-in Türkiyə mətbuatına istinadən məlumatına görə, sənədin dekabrın 15-də iki ölkənin enerji nazirlikləri arasında imzalanacağı gözlənilir.

Məlumatı Trend-ə Energetika Nazirliyi də təsdiqləyib və sənədin təfərrüatlarının imzalandıqdan sonra açıqlanacağını bildirib.

Qeyd edək ki, energetika naziri Pərviz Şahbazov bir qədər əvvəl Trend-ə bildirmişdi ki, Naxçıvan Muxtar Respublikasına etibarlı qaz tədarükü gündəmdəki məsələlərdən biridir: “Bu baxımdan Azərbaycandan Türkiyəyə tədarük olunan təbii qazın bir qisminin İqdır-Naxçıvan qaz kəməri ilə Naxçıvana nəqli planlaşdırılır. "

Nazirin sözlərinə görə, bu layihə Naxçıvan Muxtar Respublikasının qaza olan ehtiyacını ödəməyə imkan verəcək və enerji təhlükəsizliyini gücləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti