...

Azərbaycanın azad edilmiş ərazilərində geotermal enerjinin istifadə imkanları öyrəniləcək

Energetika Materials 24 Dekabr 2020 18:52 (UTC +04:00)
Azərbaycanın azad edilmiş ərazilərində geotermal enerjinin istifadə imkanları öyrəniləcək

Bakı. Fidan Babayeva - Trend:

Yaxın zamanlarda Azərbaycanın azad edilmiş ərazilərində geotermal enerji mənbələrinin potensialının öyrənilməsinə başlanacaq.

Bunu Trend-ə Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov deyib.

Onun sözlərinə görə, Kəlbəcər rayonunda termal su ehtiyatı 3 093 kubmetr/sutka, Şuşada isə 412 kubmetr/sutka təşkil edir:

"Yerin səthinə çatan Günəş radiasiyasının həcminə görə Qarabağın cənub bölgəsi - Füzuli, Cəbrayıl və Zəngilan rayonları Naxçıvan ərazisindən sonra ikincə yeri tutur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti