...

ABŞ 2021-22-ci illərdə Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını açıqlayıb

Energetika Materials 10 Fevral 2021 11:50 (UTC +04:00)
ABŞ 2021-22-ci illərdə Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını açıqlayıb

Bakı. Ləman Zeynalova, Orxan Nəbiyev - Trend:

2021-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,73 milyon barel/sutka səviyyəsində gözlənilir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir.

2021-ci ildə rüblük hasilat birinci rübdə 0,7 milyon, ikinci rübdə 0,73 milyon, üçüncü rübdə 0,74 milyon, dördüncü rübdə isə 0,75 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılır.

2022-ci ildə isə proqnozlara əsasən Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,78 milyon barel/sutka olacaq.

Gələn il rüblük hasilat birinci rübdə 0,76 milyon, ikinci, üçüncü və dördüncü rübdə isə 0,79 milyon barel/sutka təşkil edəcək.

2020-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı sutkada orta hesabla 0,71 milyon barel təşkil edib.

EIA-nın göstəricilərinə görə, 2020-ci ilin birinci, ikinci, üçüncü və dördüncü rüblərində hasilat müvafiq olaraq sutkada 0,77, 0,70, 0,67 və 0,69 milyon barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti