...

OPEC Azərbaycanda maye karbohidrogen hasilatı ilə bağlı proqnozları açıqlayıb

Energetika Materials 12 Fevral 2021 10:37 (UTC +04:00)

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

2021-ci ildə OPEC+ sazişi çərçivəsində neft hasilatının könüllü tənzimlənməsinə uyğun olaraq Azərbaycanda maye karbohidrogenlərin hasilatı 0,73 milyon barel/sutka səviyyəsində qalacaq.

Trend bu barədə OPEC-in fevral hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, ötən ilin dekabrında ölkədə sutkada 0,72 milyon barel maye karbohidrogen, o cümlədən 0,59 milyon barel xam neft və 0,13 milyon barel qaz-kondensat hasil olunub.

Təşkilatın məlumatlarına əsasən, 2020-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatı 2019-cu illə müqayisədə 0,06 milyon barel/sutka azalaraq 0,73 milyon barel/sutka təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti