...

"Wood Mackenzie" "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi perspektivlərini müsbət qiymətləndirir

Energetika Materials 12 Fevral 2021 20:44 (UTC +04:00)
"Wood Mackenzie" "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi perspektivlərini müsbət qiymətləndirir

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

"Cənub Qaz Dəhlizi" Avropa İttifaqına qaz idxalı üçün dördüncü marşrut olub.

Bunu Trend-ə "Wood Mackenzie" şirkətinin baş analitiki Robert Morris deyib.

Onun sözlərinə görə, bu layihə tədarükü şaxələndirməyə və enerji təhlükəsizliyini artırmağa imkan verəcək.

R.Morris bildirib ki, dəhlizin son seqmenti olan Trans-Adriatik qaz kəməri (TAP) İtaliyanın qaz idxalı imkanlarını çoxaldır:

"2021-ci ilin yayında bütün diqqətlər TAP-ın bazar sınaqlarının icbari mərhələsinə yönələcək".

Analitik əlavə edib ki, TAP-ın buraxılış gücünün ildə 20 milyard kubmetrədək genişləndirilməsi Avropaya tədarükün təhlükəsizliyin artırılmasında daha da vacib rol oynayacaq:

"Avropada "Yaşıl saziş"in olmasına və bazarda hazırkı qeyri-müəyyənliyə baxmayaraq, biz TAP-ın genişləndirilməsi perspektivlərini müsbət qiymətləndiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti