...

OPEK+ Monitorinq Komitəsi neft hasilatının artırılması təklifi ilə bağlı razılığa gələ bilməyib (ƏLAVƏ OLUNUB)

Energetika Materials 1 İyul 2021 22:04 (UTC +04:00)
OPEK+ Monitorinq Komitəsi neft hasilatının artırılması təklifi ilə bağlı razılığa gələ bilməyib (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

OPEC+ nazirləri bu gün keçirilən iclasda yaxın aylarda neft hasilatının nə qədər artırılmalı olduğuna dair razılığa gələ bilməyiblər və müzakirələri iyunun 2-si davam etdirəcəklər.

Trend-in məlumatına görə, bu barədə "TASS"a OPEK-dəki mənbə deyib.

Mənbə bildirib: "Bir gün daha müzakirələr aparmaq qərarına gəldik. Bəli, sabah monitorinq iclası və OPEK+ görüşü olacaq".

XXX

21:35

OPEK+ Monitorinq Komitəsinin nazirləri dekabr ayına qədər neft hasilatının sutkalıq 2 milyon barrel artırılması tövsiyəsini müzakirə etdikdən sonra da diskussiyaya davam edirlər.

Trend-in məlumatına görə, bu barədə "TASS"a OPEK-dəki mənbələr bildirib.

Mənbələrdən biri deyib: "Görüş başa çatmayıb, müzakirələr davam etdirilir". Digər mənbə, öz növbəsində bildirib ki, bəzi ölkələr onlara təklif edilənlərdən narazı olduğu üçün qərar aydın deyil.

Qeyd edək ki, daha əvvəl mənbələr bildiriblər ki, Monitorinq Komitəsi ilin sonuna qədər beş ay ərzində neft hasilatının sutkalıq 2 milyon barrel artırılması üzrə tövsiyə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti