...

Alternativ enerjiyə keçidin vacibliyini dərk etməliyik - İspaniyanın keçmiş XİN rəhbəri

Energetika Materials 5 Noyabr 2021 14:12 (UTC +04:00)
Alternativ enerjiyə keçidin vacibliyini dərk etməliyik - İspaniyanın keçmiş XİN rəhbəri

Bakı. Humay Ağacanova - Trend

Alternativ enerji mənbələrinə keçid etməli olduğumuzun vacibliyini dərk etməliyik.

Trend-in məlumatına görə, bunu İspaniyanın keçmiş xarici işlər naziri Ana Palasio “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumda “İqlim dəyişikliyinə qarşı mübarizə və qlobal enerji ehtiyaclarını qarşılamaq: hər ikisini necə edə bilərik?” mövzusunda paneldə çıxış edərkən deyib.

Keçmiş nazir qeyd edib ki, dövlətlər yalnız külək və günəş enerjisi ilə məhdudlaşmamalı, həmçinin hidrogen enerjisinə keçid etməlidir: "Biz istixana qazlarının atmosferə buraxılmasını azaltmalıyıq. Yalnız danışmaqla, müzakirələrlə yox, praktikada həll yolları göstərməliyik".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti