...

STAR neft emalı zavodu idxalını azaldıb

Energetika Materials 30 Noyabr 2021 22:30 (UTC +04:00)
STAR neft emalı zavodu idxalını azaldıb

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna 2021-ci ilin sentyabrında 791 103 ton xam neft idxal olunub. 2020-ci ilin eyni dövründə zavod 930 732 ton neft idxal etmişdi.

Trend bu barədə Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, STAR sentyabr ayında 45 750 ton aviasiya yanacağı, 521 109 ton benzin, 19 174 ton mayeləşdirilmiş neft qazı, 128 398 ton nafta, 56 389 ton neft koksu, 315,06 ton yüksək kükürd tərkibli mazut, 25 111 ton qaz, 1 742 ton dizel yanacağı və 105 806 ton digər məhsul istehsal edib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti