...

Avropada qazın qiyməti bir həftə ərzində 17 faiz artıb

Energetika Materials 29 Yanvar 2022 01:41 (UTC +04:00)
Avropada qazın qiyməti bir həftə ərzində 17 faiz artıb

Bakı. Trend:

Avropada qazın qiyməti 1000 kubmetr üçün 1 000 dolları ötüb.

Trend xəbər verir ki, bu barədə Londonun "ICE" birjasının məlumatlarında deyilir.

Məlumata əsasən, Niderlandın TTF habında fevral fyuçerslərinin qiyməti min kubmetr üçün 1 065 dollar təşkil edib.

Bildirilir ki, bir həftə ərzində qiymətdə qeydə alınan ümumi artım təxminən 17 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti