...

Qaradağ Günəş Elektrik Stansiyasının tikintisinə qoyulan investisiyanın dəyəri açıqlanıb

Energetika Materials 15 Mart 2022 13:04 (UTC +04:00)
Qaradağ Günəş Elektrik Stansiyasının tikintisinə qoyulan investisiyanın dəyəri açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

230 meqavatt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi layihəsinin investisiya dəyəri 225 milyon dollar təşkil edir.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycanda inşa ediləcək Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasiminə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu vəsait "Masdar" şirkəti (BƏƏ) tərəfindən yerləşdiriləcək.

"Günəş elektrik stansiyasının istismara verilməsi Azərbaycanda elektrik enerjisi tariflərinin artması və ya azalmasına təsir göstərməyəcək".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti