...

Bu il ixrac edilən neft və qazın həcmi açıqlanıb

Energetika Materials 12 May 2022 09:25 (UTC +04:00)
Bu il ixrac edilən neft və qazın həcmi açıqlanıb

Bakı. Trend:

Bu ilin 4 ayında operativ məlumatlara əsasən hasil edilmiş 11.1 milyon ton neftin 9 mln. tonu ixraca nəql edilib.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov "Twitter" səhifəsində bildirib.

"Ötən ilin eyni dövrü ilə müqayisədə 14.4 faiz artımla hasil edilmiş 15.7 milyard kubmetr qazın 7,6 milyard kubmetri ixrac olunub

Yanvar-aprel aylarında ötən ilin eyni dövrünə nisbətən qaz ixracı 17.4 faiz çox olub. İxracın 46 faizi Avropanın, 38 faizi Türkiyənin, 16 faizi Gürcüstanın payına düşüb", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti