...

Qarabağ günəş enerjisi sahəsində yaxşı imkanlara sahibdir - Almaniya Günəş enerjisi Assosiasiyası

Energetika Materials 21 İyun 2022 17:47 (UTC +04:00)
Qarabağ günəş enerjisi sahəsində yaxşı imkanlara sahibdir - Almaniya Günəş enerjisi Assosiasiyası
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ günəş enerjisi sahəsində yaxşı imkanlara sahibdir.

Bunu Trend-ə açıqlamasında Almaniya Günəş enerjisi Assosiasiyasının beynəlxalq layihə meneceri Ronald Upmann deyib.

O qeyd edib ki, Qarabağda infrastrukturun böyük hissəsi dağıdılıb və indi yenidənqurma işləri aparılır.

"İndi Qarabağda günəş enerjisinə keçid üçün şans yaranıb. Azərbaycanın bu istiqamətdə imkanları var. Ümid edirəm ki, alman şirkətləri öz təcrübələrini bölüşərək bu işdə köməklik göstərəcəklər", - deyə o bildirib.

R.Upmann, həmçinin, Almaniya-Azərbaycan Davamlı İnkişaf Forumunun əhəmiyyətini qeyd edib.

"Forumda iştirak edərək müzakirələrə qoşuluram. Həmçinin, düşünürəm ki, forum vasitəsilə yeni əlaqələr əldə etmək və Azərbaycan bazarı haqqında məlumat almaq şansı yaranıb",- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti