...

Enerji sahəsində tərəfdaşlıq haqqında memorandum Azərbaycanın qlobal miqyasda nüfuzundan xəbər verir - Kanadalı ekspert

Energetika Materials 21 İyul 2022 08:00 (UTC +04:00)
Enerji sahəsində tərəfdaşlıq haqqında memorandum Azərbaycanın qlobal miqyasda nüfuzundan xəbər verir - Kanadalı ekspert
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 18-də Azərbaycan və Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Trend xəbər verir ki, sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar.

Kanada Beynəlxalq Münasibətlər İnstitutunun elmi əməkdaşı Robert M.Katler Trend-ə bildirib ki, Azərbaycanla Aİ arasında imzalanmış enerji memorandumu Aİ-nin Azərbaycanı bərabərhüquqlu tərəfdaş hesab etdiyini göstərir.

Onun fikrincə, memorandum əməkdaşlığın məqsədlərini daha konkretliklə müəyyənləşdirən çərçivə sazişidir.

"Və bu sənəd qaz ixracından kənara çıxır. Memorandum bərpa olunan enerji və ətraf mühitin mühafizəsi sahələrini də əhatə edir. Birlikdə götürdükdə, o, tərəflərin sonrakı görüşləri üçün razılaşdırılmış gündəliyi təmsil edir", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, memorandum qaz ixracından əlavə hidrogen və elektrik enerjisi sahəsində əməkdaşlığı nəzərdə tutur.

"Bununla belə, təbii qaz təkcə Aİ-də ona olan böyük tələbata görə deyil, həm də strateji əhəmiyyətinə görə memorandumun ən mühüm komponentidir. Memorandum təsdiq edir ki, bu gün Aİ Azərbaycanı bərabərhüquqlu tərəfdaş hesab edir", - deyə ekspert bildirib.

Robert M.Katler həmçinin vurğulayıb ki, Bakı memorandumu imzalamaqla böyük imkanlar əldə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti