...

Azərbaycan nefti ucuzlaşır

Energetika Materials 10 Noyabr 2022 12:18 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşır
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 9-da 96,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,85 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 93,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,88 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 64,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 3,95 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 94,78 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 4,14 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti