...

Neftin qiyməti bahalaşır

Energetika Materials 6 Dekabr 2022 10:05 (UTC +04:00)
Neftin qiyməti bahalaşır

Bakı. Trend:

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Trend “Praym”a istinadən xəbər verir ki, Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 0,28% artaraq 82,91 dollar/barelə, WTI markalı neftin yanvar fyuçersləri 0,34% artaraq 77,19 dollara çatıb.

Bazarlar dünyanın ən böyük neft idxalçıları və istehlakçılarından biri olan Çində karantin məhdudiyyətlərinin yumşaldılmasından sonra neftə tələbatın artım perspektivlərini qiymətləndirirlər.

Həmçinin, investorlar Qərb sanksiyalarının qüvvəyə minməsindən sonra “qara qızıl”ın tədarükü perspektivlərini də dəyərləndirirlər. Belə ki, Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırır, G7 ölkələri, Avstraliya və Aİ isə onun dəniz yolu ilə daşınmasına bir barrel üçün 60 dollar səviyyəsində qiymət limiti qoyur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti