...

Pakistanla Azərbaycan mayeləşdirilmiş təbii qazın alqı-satqısı müqaviləsi imzalayacaq

Energetika Materials 19 Dekabr 2022 10:06 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan bir ay ərzində Azərbaycanla mayeləşdirilmiş təbii qazın (LNG) alınmasına dair çərçivə sazişi imzalamağa hazırlaşır.

Trend-in Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Pakistanın dövlət neft naziri Musadik Malikə yaxın mənbə bildirib.

"Azərbaycanla çərçivə sazişi yekun mərhələdədir və bəlkə də bir aya tamamlanacaq”, - deyə o qeyd edib.

Pakistan mediası qeyd edir ki, müqaviləyə əsasən, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Pakistana daha ucuz qiymətə LNG tədarük edəcək.

Belə ki, “Pakistan LNG Limited” şirkəti çərçivə sazişinin təsdiq edilməsi xahişi ilə Pakistan hökumətinə müraciət edib. İlkin imzalanma müddəti bir il olan saziş daha bir il müddətinə uzadıla bilər.

Xatırladaq ki, 2017-ci il fevralın 28-də iki ölkə arasında enerji sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti