...

Azərbaycan nefti bahalaşıb

Energetika Materials 22 Dekabr 2022 09:52 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 21-də 86,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,31 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 84,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,47 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 44,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,26 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 80,3 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,71 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti