Bakı. Trend:
Azərbaycan, Rusiya və İran Türkiyədən qaz nəqlində oyunçu qismində çıxış edə bilər.
Trend-in məlumatına görə, bu barədə Türkiyə energetika naziri Fatih Dönməz deyib.
"“Türk axını” qaz kəmərinin iki xətti istismara verilib. Birinci xətt türk istehlakçılarına qaz tədarükü, ikinci xətt Bolqarıstan vasitəsilə Avropaya qaz nəqli üçün nəzərdə tutulub. Azərbaycan, Rusiya və İran burada oyunçu qismində çıxış edə bilər", - deyə nazir qeyd edib.
Nazir həmçinin bildirib ki, Türkiyədə Avropa bazarı üçün ticarət platformasının yaradılması üçün infrastruktur hazırdır, hazırda yol xəritəsinin hazırlanması tamamlanır.
Rusiya ilə təbii qazın ödənişinin təxirə salınması ilə bağlı danışıqlara gəlincə, F.Dönməz danışıqların davam etdiyini bildirib.
"Biz indi bir çox məsələləri, o cümlədən vaxtın təxirə salınmasını müzakirə edirik", - deyə o bildirib.