...

Monteneqro öz bərpaolunan enerji sektoruna Azərbaycandan investisiyalar cəlb etməkdə maraqlıdır - Vitse-prezident

Energetika Materials 3 Fevral 2023 12:23 (UTC +04:00)
Monteneqro öz bərpaolunan enerji sektoruna Azərbaycandan investisiyalar cəlb etməkdə maraqlıdır - Vitse-prezident
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Monteneqro ölkənin yaşıl enerji sektorunun inkişafına Azərbaycan tərəfindən investisiyaların qoyulmasına açıqdır.

Bu barədə Monteneqronun vitse-prezidenti, investisiyalar naziri Ervin İbrahimoviç Trend-ə müsahibəsində deyib.

E.İbrahimoviç Monteneqronun azərbaycanlı investorlarla artıq səmərəli əməkdaşlığa başladığını deyib.

"Monteneqronun külək, günəş, həmçinin hidroenerji sahəsindəki potensialını nəzərə alaraq ölkəmizdə bərpa olunan enerji mənbələri sənayesinin inkişafı üzərində çalışırıq və xarici investisiyalar, xüsusən Azərbaycan investrorları üçün açığıq, çünki sizin ölkənizdən olan investorlarla böyük iş təcrübəsinə malikik", - o əlavə edib.

Nazir həmçinin Azərbaycanla Monteneqro arasında təkcə səmərəli tərəfdaşlıq münasibətlərinin deyil, həm də dostluq əlaqələrinin qurulduğunu qeyd edib.

"Şadıq ki, Azərbaycan bizim dostumuzdur və şübhəsiz, dostlarımızdan ala biləcəyimiz istənilən dəstəyi nəzərə alırıq. Bu aspektdə qaz böyük əhəmiyyət kəsb edir, belə ki, bu mavi yanacaq Monteneqronun enerji müstəqilliyini və dayanıqlılığını təmin edə bilər", - E.İbrahimoviç yekun olaraq bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti