...

"Eni"nin baş direktoru Avropada yazda qazın qiymətinin artacağını istisna etməyib

Energetika Materials 28 Fevral 2023 22:29 (UTC +04:00)
"Eni"nin baş direktoru Avropada yazda qazın qiymətinin artacağını istisna etməyib

Bakı. Trend:

"Eni" enerji şirkətinin baş direktoru Klaudio Deskalzi yazdan başlayaraq Aİ-də qaz qiymətlərinin artacağını istisna etməyib və Avropaya Rusiya qazını tamamilə əvəz etmək üçün iki-üç il vaxt lazım olacağını proqnozlaşdırıb.

Trend xəbər verir ki, bu barədə K.Deskalzi "Bloomberg" agentliyinə müsahibəsində bildirib.

"Rusiya qazını tamamilə əvəz etmək üçün Avropaya iki-üç il lazım olacaq", - deyə o bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə Rusiyadan Avropaya qaz idxalı 2022-ci ilə nisbətən 60 milyard kubmetr daha az olacaq.

"Amma əsas məsələ martda başlayacaq, o zaman Rusiya qazını əvəz edəcək qaz tapmaq lazım gələcək və qazın qiyməti indi azalsa da, Avropa anbarları doldurmaq üçün yenidən qaz almağa başlayan kimi bahalaşa bilər", - deyə K.Deskalzi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti