...

Neftin qiyməti tələbat perspektivi ilə bağlı şübhələrin fonunda ucuzlaşır

Energetika Materials 19 Aprel 2023 10:26 (UTC +04:00)
Neftin qiyməti tələbat perspektivi ilə bağlı şübhələrin fonunda ucuzlaşır

Bakı. Trend:

Dünyada neft qiymətləri çərşənbə günü səhər bir qədər ucuzlaşmaqdadır, beləliklə bazarlar tələbat perspektivlərini qiymətləndirməyə davam edirlər.

Trend xəbər verir ki, bunu ticarət platformalarının məlumatları və analitik şərhləri təsdiqləyir.

Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 0,27% ucuzlaşaraq bir bareli 84,54 dollara düşüb, WTI markalı neftin iyun fyuçerslərinin qiyməti isə 0,25% ucuzlaşaraq 80,7 dollara düşüb.

"Neft qiymətləri bütünlükdə müəyyən diapazon daxilində qalmaqdadır. Görünür, hələ də daha geniş tələbat perspektivlərinə dair narahatlıqlar var", - deyə "Bloomberg" agentliyi "ING Group NV"nin Sinqapurdakı xammal strategiyası şöbəsinin rəhbəri Varren Pattersondan sitat gətirir.

Neft bazarına həmçinin maliyyə bazarındakı vəziyyət təsir göstərir. Yaxın zamanda dünyanın ən böyük tənzimləyicilərinin yeni iclasları keçiriləcək, investorlar isə monetar siyasətin daha da sərtləşdirilməsinin perspektivlərini qiymətləndirəcəklər. Ötən il faiz dərəcələri inflyasiya ilə mübarizə çərçivəsində artmağa başlayıb. Resessiya barədə danışıqlarla yanaşı bu həmçinin bazara yeni ucuz pulların axınını azaldır.

Bununla belə, Amerika Neft İnstitutunun (API) qiymətləndirməsinə əsasən, ABŞ-də bu xammalın kommersiya ehtiyatları aprelin 14-dək olan həftə ərzində 2,7 milyon barel azalıb. Rəsmi statistika çərşənbə günü axşam ölkənin Energetika Nazirliyi tərəfindən dərc olunacaq. Analitiklər ehtiyatların 1,1 milyon barel azaldığını proqnozlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti