...

Dünyada neft ucuzlaşmaqdadır

Energetika Materials 12 May 2023 09:47 (UTC +04:00)
Dünyada neft ucuzlaşmaqdadır

Bakı. Trend:

Cümə günü səhər dünyada neft qiymətləri 0,5% həddində ucuzlaşmaqdadır.

Trend xəbər verir ki, sövdələşmə məlumatları bunu təsdiqləyir.

Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 0,49% ucuzlaşaraq bir bareli 74,61 dollara, WTI markalı neftin iyun fyuçerslərinin qiyməti isə 0,4% ucuzlaşaraq bir bareli 70,6 dollara düşüb.

Bazarlar ABŞ-nin neft və qaz servis şirkəti olan "Baker Hughes"un ABŞ-də işlək qazma qurğuların sayı barədə məlumatlarının dərc olunmasını gözləyir. Məlumatların cümə günü axşam saatlarında dərc olunacağı planlaşdırılır. Mayın 5-dək olan ötən iş həftəsi ərzində onları sayı 4 ədəd azalaraq 588 aqreqata düşüb.

"Tezliklə qiymətlər ən aşağı səviyyəyə düşə bilər və aşağı qiymətlər bazarın bir çox iştirakçısına yeni uzunmüddətli mövqelərin açılması üçün başlanğıc nöqtəsi olacaq", - deyə "Bloomberg" agentliyi "JTD Energy Services"in direktoru Con Driskoldan sitat gətirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti