...

Pakistan Azərbaycandan 10 partiyayadək maye təbii qaz alacaq

Energetika Materials 21 İyun 2023 13:34 (UTC +04:00)
Pakistan Azərbaycandan 10 partiyayadək maye təbii qaz alacaq
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan Azərbaycandan 10 partiyayadək maye təbii qaz (MTQ) alacaq.

Trend çərşənbə günü xəbər verir ki, bunu Pakistanın neft üzrə dövlət naziri Musadik Malik deyib.

Onun sözlərinə görə, Pakistanın Azərbaycanla maye təbii qaz alışı barədə çərçivə sazişi qaz böhranının səmərəli həllinə imkan verməklə qarşıdakı qış mövsümündə əhalinin qaz çatışmazlığı ilə üzləşməyəcəyinə zəmanət verir.

Nazir özəl xəbər kanalına müsahibəsində bildirib ki, Azərbaycan Pakistana hər ay daha münasib qiymətə MTQ partiyası tədarük edəcək. MTQ-nin nəqlindən danışan nazir qeyd edib ki, Pakistanla Azərbaycan arasındakı uzunmüddətli sazişə əsasən, bu il ölkə təqribən 9-10 yük partiyası alacaq. "Azərbaycanla bu əməkdaşlıq Pakistana neft-qaz sektorundakı enerji tələbatlarını qarşılamaqda kömək edəcək", - deyə M.Malik əlavə edib.

Qaz çatışmazlığı ilə bağlı sualı cavablandıran nazir bildirib ki, qış dövründə qaz tədarüklərinin səmərəli idarə olunması üçün tədbirlər görüləcək və bu sayədə potensial çatışmazlıq azalacaq.

Saziş müddətinin bir il uzadılması imkanı ilə ilkin olaraq bir il müddətində qüvvədə olacaq. Buna uyğun olaraq SOCAR çatdırılma üçün 45 günlük pəncərə təqdim etməklə ayda bir partiya maye təbii qaz təklif edəcək və hər bir təklifin müəyyən qüvvədə qalma müddəti olacaq. PLL təklifi qəbul edib-etməmək barədə qərarı bu müddət ərzində verməli olacaq. MTQ-nin qiyməti SOCAR tərəfindən PLL şirkətinə ABŞ dolları ilə təklif ediləcək.

Qeyd edək ki, SOCAR yetərincə geniş coğrafiyada, o cümlədən Aralıq dənizi hövzəsi, Asiya və digər regionlarda maye təbii qazın alışını və satışını həyata keçirir. Maye təbii qaz üçüncü tərəflərdən satın alınır. Bu məhsul dünya okeanına birbaşa çıxış olmadığından Azərbaycandan ixrac edilmir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti