...

bp "Şəfəq-Asiman" yatağının quyusunda karbohidrogen ehtiyatlarını dəyərləndirir

Energetika Materials 4 Avqust 2023 04:31 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

bp Şəfəq-Asiman dəniz blokunda qazılmış ilk kəşfiyyat quyusundan - SAX01-dən əldə edilmiş məlumatların təhlili nəticələrinin interpretasiyasını ilin birinci yarısında başa çatdırıb.

Trend bu barədə bp-yə istinadən xəbər verir.

Şirkətin verdiyi məlumata görə, quyuda aşkar edilmiş karbohidrogen ehtiyatlarının dəyərləndirilməsi və kəşfiyyat işlərinin növbəti mərhələsinin planlaşdırılması işləri hazırda davam edir.

Xatırladaq ki, 2022-ci ilin dekabrında bp və Azərbaycan Dövlət Neft Şirkəti SOCAR seysmik məlumatların təkrar emalını başa çatdırmaq üçün "Şəfəq-Asiman" yatağında kəşfiyyat işlərinin müddətinin 2023-cü ilin sonunadək 6 ay uzadılması barədə protokol imzalayıblar.

“Şəfəq-Asiman” dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 2010-cu ilin oktyabrında 30 il müddətinə imzalanıb.

Blokun proqnozlaşdırılan ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat təşkil edir. Bakıdan 125 km cənub-şərqdə, dənizin 650-800 metr dənizin dərinliyində yerləşir.

“Şəfəq-Asiman” yatağında SAX01 kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında ümumi 7 189 metr dərinliklə tamamlanıb. Quyunun keçdiyi bəzi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti