...

Yeni enerji mənbələrinə uğurlu enerji keçid üçün birgə fəaliyyət lazımdır - IEA

Energetika Materials 5 İyun 2024 12:56 (UTC +04:00)
Yeni enerji mənbələrinə uğurlu enerji keçid üçün birgə fəaliyyət lazımdır - IEA
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni enerji mənbələrinə uğurlu enerji keçid üçün birgə fəaliyyət lazımdır.

Trend xəbər verir ki, bu barədə bu gün Beynəlxalq Enerji Agentliyinin (IEA) Enerji təchizatı şöbəsinin rəhbəri Kristof Makqleyd 29-cu Bakı Enerji Forumu çərçivəsində "Enerji təhlükəsizliyinin və dayanıqlılığın təmin olunması üçün beynəlxalq əməkdaşlıq" mövzusunda panel müzakirəsində deyib.

"Bütün dünyada istehsalçıların qığılcım tutan yığıcılar, hidrogen, bioenerji, enerji yığıcıları, bərpa olunan enerji mənbələri və bir çox digər qabaqcıl enerji texnologiyalarından istifadə etdiyini görürük. 1,5 dərəcə iqlim hədəfinə nail olmaq üçün nəyin lazım olduğuna baxdığımızda görürük ki, 2030-cu ilə qədər emissiyaları lazımi səviyyədə saxlamaq üçün bütün əlçatan texnologiyalarımız var. Bu kontekstdə şirkətlər arasında qarşılıqlı əlaqələr vacibdir. Beynəlxalq Enerji Agentliyi (IEA) məhz bunun müzakirəsini təklif edir", - o deyib.

Onun sözlərinə görə, texnologiya və təchizat zəncirləri beynəlxalq xarakter daşıyır və potensial fasilələrin qarşısını almaq üçün qarşılıqlı fəaliyyət zəruridir.

"Bir çox yeni texnologiyaların tətbiqi yalnız ümumi qəbul edilmiş standartlar və razılaşdırılmış yanaşmalar olduqda mümkündür. Məhz bu səbəbdən ölkələrin birlikdə daha sıx fəaliiyyəti zəruridir. Yeni enerji mənbələrinə keçid etməyimizin zəruri olma səbəbləri tamamilə aydındır. Birgə işləməsək keçid çox qeyri-sabit və qeyri-müntəzəm olacaq. Tərəflər əl-ələ verərək birgə fəaliyyət göstərməlidir", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti