...

Almaniyada yeni qaz elektrik stansiyaları hidrogenə keçid edəcək

Energetika Materials 6 İyun 2024 10:33 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada yeni qaz elektrik stansiyaları hidrogenə keçid edəcək.

Trend xəbər verir ki, bu barədə bu gün "Uniper" şirkətinin vitse-prezidenti Mixael Hilmer 29-cu Bakı Enerji Forumu çərçivəsində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu" panel müzakirəsində deyib.

"Almaniya nəticədə hidrogenə keçid edəcək 10 qiqavatt gücündə qaz elektrik stansiyalarının tikintisini nəzərdə tutan yeni strategiya elan edib. İlkin olaraq bu elektrik stansiyaları təbii qazla işləyəcək. Hidrogenə keçidin dəqiq vaxtı hələ müəyyən edilməyib ki, bu da strategiya ilə bağlı proqnozları qeyri-müəyyən edir", - o deyib.

Qeyd edək ki, iyunun 6-da Bakı Enerji Forumunun ikinci günü başlayıb.

Bu gün panel müzakirələrində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı", "Uğurlu enerji keçidində insan kapitalının rolu" və "Yaşıl gündəliyin imkanlarının genişləndirilməsi: Yaşıl planetin tərəqqisinə nail olmaq üçün strategiyalar və COP29" kimi mövzular müzakirə olunacaq.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti