...

"Brent" markalı neftin qiyməti 86 dolları ötüb

Energetika Materials 24 İyun 2024 23:21 (UTC +04:00)

Bakı. Trend:

"Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında iyunun 21-dən bəri ilk dəfə bir barel üçün 86 dolları ötüb.

Trend-in məlumatına görə, bu barədə ticarət platformasından məlumat verilib.

Saat 20:00-a olan birja məlumatlarına əsasən, "Brent" markalı neftin qiyməti 1,51 faiz artaraq 86,01 dollar/barel təşkil edib.

Eyni zamanda, "WTI" markalı xam neftin avqust ayı üçün fyuçersləri 1,17 faiz bahalaşaraq bir barel üçün 81,59 dollara yüksəlib.

Xəbər lenti

Xəbər lenti