Bakı. Trend:
Sabah Naxçıvanda elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Trend-ə Naxçıvan Dövlət Energetika Xidmətindən bildirilib.
Qeyd olunub ki, 110/35/10 kilovoltluq "Naxçıvan" yarımstansiyasından qidalanan 20 nömrəli 10 kilovoltluq hava elektrik verilişi xətti aparılan təmir işləri ilə əlaqədər açılacaq.
“Bu baxımdan 11 dekabr 2024-cü il tarixində saat 15:00-dan 16:00-a qədər Naxçıvan şəhərində, "Nəcməddin Naxçıvani", "Səməd Vurğun", "Vüqar Abbasov" küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq”, - deyə məlumatda bildirilib.