Bakı. Trend:
“SOCAR Midstream Operations” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “SMO”) ondan “SOCAR Midstream Gas Operations” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra “SMGO”) ayrılması formasında yenidən təşkil olunur.
Trend-in əldə etdiyi məlumata görə, bu barədə şirkət özü elan edib.
Məlumata əsasən, yenidən təşkil nəticəsində SMO-nun nizamnamə kapitalı 59,5 milyon manatdan 1000 manata azaldılıb. Bununla yanaşı, onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq SMGO-ya ötürülüb.
Qeyd edək ki, sözügedən şirkət 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Əliyev Fərhan Çingiz oğludur.