...

ING 2028-ci ilə qədər "Brent" neft və "Dutch TTF" qaz qiymətləri ilə bağlı proqnozlarını təqdim edib

Energetika Materials 5 Dekabr 2025 10:55 (UTC +04:00)
ING 2028-ci ilə qədər "Brent" neft və "Dutch TTF" qaz qiymətləri ilə bağlı proqnozlarını təqdim edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın ING bank qrupu 2028-ci ilədək “Brent” markalı neft və “Dutch TTF” təbii qaz qiymətləri üzrə yenilənmiş proqnozunu təqdim edib.

Trend xəbər verir ki, analitiklərin qiymətləndirməsinə görə, 2025-ci ildə “Brent” neftinin orta-illik qiyməti bir barrel üçün 62 ABŞ dolları, “Dutch TTF” qazının isə meqavatt-saata görə 35 avro təşkil edəcək.

2026-cı ildə Brent neftinin və Dutch TTF qazının ortaillik qiymətlərinin müvafiq olaraq bir barrel üçün 56,5 dollar və meqavatt-saata görə 31 avroya çatacağı proqnozlaşdırılır.

2027-ci ildə “Brent”in orta-illik qiymətinin bir barrel üçün təxminən 61,75 dollar səviyyəsində qalacağı, Dutch TTF-in qiymətinin isə meqavatt-saata görə təxminən 26,25 avroya düşəcəyi gözlənilir.

Xüsusi olaraq, 2025-ci ilin dördüncü rübündə “Brent”in qiyməti bir barrel üçün 62 dollar səviyyəsində proqnozlaşdırılır. Dutch TTF üzrə isə 2025-ci ilin dördüncü rübündə kotirovkaların meqavatt-saata görə 35 avro olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti